Azərbaycanda tələbələr hansı hallarda və nə qədər müddətə təhsillərini dondura bilərlər?
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ali təhsil müəssisələrində təhsil alan tələbələrə təhsillərini dondurmaq üçün maksimum 2 il müddətinə akademik məzuniyyət verilməsi mümkündür.
Bu, yalnız müəyyən hallarda və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.
5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:
5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;
5.1.3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);
5.1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;
5.1.6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək. (AzEdu.az)
10Mənbələr
-
tribunainfo.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər (RƏSMİ) ( 20036964)
-
hafta.azTələbələr bu hallarda TƏHSİLLƏRİNİ DONDURACAQLAR ( 20031618)
-
olke.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ ( 20030436)
-
bizim.mediaTələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ ( 20030265)
-
viral.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər ( 20029236)
-
redaktor.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər -RƏSMİ ( 20029194)
-
bakivaxti.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ ( 20028813)
-
modern.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ ( 20028687)
-
nocomment.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər – RƏSMİ ( 20028264)
-
demokrat.azTələbələr bu hallarda təhsillərini dondura bilərlər — RƏSMİ ( 20027844)