AZ

İranlı ekspert: “Azərbaycan Yaxın Şərqdə ciddi faktora çevrilməkdədir”

“Azərbaycan Yaxın Şərqdə regional təsirini artıraraq daha ciddi faktora çevrilməkdədir”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Mohsen Reyhani “Mashregh News” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı Suriyanın yeni hökuməti ilə əlaqələri genişləndirməklə yanaşı, İsrail və körfəz ölkələri ilə münasibətləri dərinləşdirərək bölgədəki mövqeyini möhkəmləndirir.

Reyhani hesab edir ki, İran-İsrail qarşıdurmasının fonunda Tel-Aviv Azərbaycanın coğrafi mövqeyini daha önəmli hesab edir. “Bu səbəbdən də əlaqələri gücləndirməyə can atır. Eyni zamanda, Hindistanın Ermənistanla yaxınlaşması fonunda Azərbaycan Pakistanla müdafiə və siyasi əməkdaşlığını genişləndirir”.

Fərda Uğur

Seçilən
16
1
tribunainfo.az

2Mənbələr