AZ

“AZƏRİŞIQ”IN NAQİLLƏRƏ VURDUĞU “CALAQ” YANĞIN TÖRƏTDİ

Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsində yaşayan sakinlər ötən gecəni qorxu içində keçiriblər.

Jurnalist Nurlan Cəfəri Pozan TV-yə bildirib ki, iyulun 12-də ərazidə mövcud olan transformator partladıqdan sonra “Azərışığ”a müraciət ediblər. Uzun müraciətlərdən sonra “Azərışığ” əməkdaşları əraziyə gələrək transformatordan evlərə qədər uzanan 50 voltluq aşağı gərginlikli naqilləri 70 voltluq naqillərə calaq ediblər. Qeyri-bərabər paylaşılan elektrik enerjisi isə növbəti dəfə qırılaraq yerə düşüb və ərazidə hərəkət edən insanlara təhlükə yaradıb.

Ötən gecə saatlarında isə “yamaq vurulan” naqillərdə partlama səsləri ilə birgə yanğın baş verib. Qonşuların dəstəyi ilə naqillərin partlaması nəticəsində evlərin üstünə düşən alov qığılcımları tezliklə söndürülüb.

Nurlan Cəfəri bildirib ki, hazırda nə gecələri var, nə də gündüzləri. İki gündür həyatları “Azərişığ”ın yarıtmaz fəaliyyəti səbəbindən təhlükə altındadır.



Xəbər 5 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr