BAKI, 5 avqust. TELEQRAF
Finlandiya Prezidenti Alekdandr Stubb ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, o, amerikalı həmkarı ilə müzakirələri “yaxşı və məhsuldar” adlandırıb.
Stubbun sözlərinə görə, onlar digər məsələlərlə yanaşı, Ukraynada davam edən müharibəni də müzakirə ediblər.
“Prezident Trampın təyin etdiyi atəşkəs müddəti yaxınlaşır. Finlandiya dərhal atəşkəs üçün bütün səyləri dəstəkləyir. Uzunmüddətli danışıqlar davamlı və ədalətli sülhə gətirib çıxarmalıdır”, - prezident bildirib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukrayna ilə bağlı razılığa gəlmək üçün Rusiya lideri Vladimir Putinə 10 gün vaxt vermişdi. Söhbət avqustun 8-dək olan müddətdən gedir.