AZ

Xərçəngə qarşı intellektual vaksin: Şəxsə özəl hazırlanacaq

Rusiyada COVİD-19 pandemiyası zamanı "Sputnik V" vaksinini hazırlayaraq adını dünyaya çatdıran Qamaleyya Epidemiyologiya və Mikrobiologiya Araşdırma Mərkəzi bu dəfə xərçəngə qarşı ümidverici kəşflə gündəmdədir.

HİT.az xəbər verir ki, mərkəzin direktoru Aleksandr Qinsburq Rusiya xəbər agentliyi "RİA Novosti"yə verdiyi açıqlamada mRNA texnologiyası ilə hazırlanan yeni xərçəng vaksininin yaxın zamanda melanom xəstələri üzərində tətbiq ediləcəyini açıqlayıb.

Süni intellektin aktiv rol aldığı bu müalicə üsulunda hər xəstə üçün ayrıca vaksin hazırlanacaq. Qinsburq vurğulayır ki, şişin analizindən vaksin istehsalınadək bütün proses bir həftə ərzində tamamlanacaq.

Klinik sınaqların Moskvadakı Hertsen Araşdırma İnstitutu və Bloxin Xərçəng Mərkəzində keçiriləcəyi öyrənilib. İlk mərhələdə qəzəli dəri xərçəngi (melanom) hədəflənəcək. Hazırlanan vaksin immun sistemini şişə xas olan proteinlərlə tanış edərək sitotoksik hüceyrələrin aktivləşməsini təmin edir.

Heyvanlar üzərində aparılan sınaqlarda böyük uğur göstərən vaksin, insanlar üzərindəki kiçikmiqyaslı testlərdə də ümid doğurub. Üstəlik, vaksin fərdi xüsusiyyətli hazırlandığı üçün bir xəstə üçün hazırlanan doza başqası tərəfindən istifadə edilə bilməz.

Qinsburq həmçinin xaricdən çoxsaylı əməkdaşlıq təklifləri aldıqlarını vurğulayıb. Qamaleyya Mərkəzi mədəaltı vəzi, böyrək və kiçik hüceyrəli olmayan ağciyər xərçəngi kimi müxtəlif növlər üçün də tədqiqatlarını davam etdirir.

Samir
 

Seçilən
4
hit.az

1Mənbələr