AZ

Azərbaycan CAREC proqramı çərçivəsində AİB-dən ən çox investisiya qəbul edən ölkələrin ilk üçlüyünə daxildir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramı(CAREC) çərçivəsində nəqliyyat infrastrukturuna ən çox investisiyaqəbul edən üç ölkədən birinə çevrilib.

Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının yeni hesabatında deyilir.

2001-ci ildə işə salınmasından bəri CAREC proqramı iqtisadibərabərsizliklərin aradan qaldırılması və ticarətə və nəqliyyatinfrastrukturun inkişafına dəstək hesabına regional inteqrasiyanınmöhkəmləndirilməsinə yönəlmiş 276 regional layihə çərçivəsindəümumilikdə 51 milyard ABŞ dollarından çox vəsait səfərbər edib.

Ən çox yatırımlar nəqliyyat sahəsinə qoyulub – ümumi həcmin 67,4faizi və ya 34,3 milyard dollar. Həmin məbləğdən 16,3 faiziAzərbaycanın payına düşür ki, bu da onun üzv dövlətlər arasındaQazaxıstan (24,6%) və Özbəkistandan (19%) sonra üçüncü yerdəqərarlaşmasını təmin edib.

İnvestisiyalar xüsusilə multimodal nəqliyyat şəbəkələrinininkişafına, transsərhəd ticarətin sadələşdirilməsinə və regionaliqtisadi dəhlizlərin yaradılmasına yönəldilib. Bu dəhlizlərə CənubiQafqaz çərçivəsində və onun hüdudlarından kənarda Azərbaycanınəlaqəliliyinə strateji əhəmiyyət kəsb edənlər də daxildir.

Ticarətin təşviqi və ticarət siyasəti tədbirlərinə 1,4 milyarddollar vəsait, yəni ümumi investisiya həcminin 2,7 faiziyönəldilib. Bu istiqamətdə liderlər Çin Xalq Respublikası (38,9%),Pakistan (22,2%) və Monqolustandır (16,1%).

Məqalədə:
Seçilən
9
1
az.trend.az

2Mənbələr