Hurriyyet.az xəbər verir ki, İranda 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi (EMSC) məlumat verib.
Zəlzələ çərşənbə axşamı, Bakı vaxtı ilə saat 09.06-da baş verib. Zəlzələnin ocağı 99 min əhalisi olan Bam şəhərindən 125 km cənub şərqdə, 10 km dərinlikdə olub.
Dağıntı və ya tələfat barəsində məlumat yoxdur.
Hürr Tərcüman