AZ

İtaliya və İspaniya klubları müdafiəçinin transferi ilə bağlı razılığa gəliblər

İtaliyanın "Napoli" və İspaniyanın "Jirona" klubları Migel Qutyerresin transferi ilə bağlı razılığa gəliblər.

"Report"un "Corriere dello Sport"a istinadən məlumatına görə, sövdələşmənin dəyəri 18 milyon avro təşkil edə bilər.

Lakin 24 yaşlı futbolçu hələ İtaliya çempionuna keçməyə razılıq verməyib.

"Jirona" 2022-ci ilin yayında müdafiəçini İspaniyanın digər klubu "Real"dan 4 milyon avroya transfer etmişdi.

Qeyd edək ki, M.Qutyerres 2024/2025 mövsümündə meydana çıxdığı 36 matçda 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
34
report.az

1Mənbələr