AZ

Tramp Baydenə lağ etdi, öz başına gəldi

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın son vaxtlar çıxışlarında müşahidə olunan qeyri-adi ifadə tərzi və məntiqsiz mövzu dəyişiklikləri onun koqnitiv sağlamlığı ilə bağlı suallar doğurur.

Hafta.az xəbər verir ki, bu barədə Kornell Universitetinin psixologiya və psixiatriya üzrə müəllimi Harri Siqal danışıb. O, Trampın tez-tez fikrini və məntiqsiz şəkildə mövzu dəyişməsini diqqət dağınıqlığı və hekayə qurmaq qabiliyyətinin zəifləməsi kimi dəyərləndirib.

O həmçinin Trampın "konfabulyasiya" adlanan hal yaşadığını - yəni real hadisələri qeyri-real əlavələrlə təqdim etdiyini qeyd edib. Buna misal olaraq, Trampın əmisinin Unabomber ləqəbli Teodor Kaçinski ilə tanış olduğunu iddia etməsini göstərib. Halbuki faktlar bu bəyanatın reallıqla uyğun olmadığını göstərir.

Psixiatriya üzrə mütəxəssis və yazar Con Gartner isə bu halları demensiyanın klassik əlamətləri kimi qiymətləndirib. Onun fikrincə, Trampın vəziyyəti zamanla daha da pisləşə bilər.

Bununla belə, Trampın tərəfdarları iddiaları rədd edirlər. Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston prezidentin misilsiz intellektə sahib olduğunu bildirir. Trampın sabiq şəxsi həkimi, hazırda konqresmen olan Ronni Cekson da Trampı ABŞ tarixindəki ən sağlam prezident adlandırıb. Trampın hazırkı həkimi Şon Barbabellanın bu ilin aprelində verdiyi rəyə əsasən, prezidentin koqnitiv və fiziki vəziyyəti "əla" olaraq qiymətləndirilib. /"The Guardian"/

Seçilən
2
1
hafta.az

2Mənbələr