AZ

“3-4 gün meyitlə bir evdə qalıblar” — VİDEO

Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri qonşularının yaratdığı antisanitar vəziyyətdən şikayətçidir.

Demokrat.az xəbər verir ki, sakinlər 5-ci mərtəbədə yaşayan və psixi problemləri olan qadının mənzilindən yayılan pis qoxu və tullantıların artıq bütün bloku cənginə aldığını deyir.

Onların sözlərinə görə, illərlə müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb:

“Nəcislərini blokun qabağına atırlar. Qardaşları dünyasını dəyişəndə 3-4 gün meyitlə evdə qalıblar. Qonşular xəbər tutandan sonra onu dəfn etdilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sözügedən yaşayış binasında antisanitar vəziyyət yaradan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunauyğun tədbirlər görülür.

Ətraflı “Baku TV”nin reportajında:

Seçilən
14
11
demokrat.az

10Mənbələr