AZ

Cenniferi mağazaya buraxmadılar - SƏBƏB?

Yazını böyüt
Yazını kiçilt

Konsert proqramı ilə çıxış etmək üçün İstanbula gedən məşhur ifaçı Cennifer Lopes şəhərdə mağazaların birinin içərisinə buraxılmayıb.

Hafta.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti yazıb. Bildirilib ki, o, cangüdənlərinin müşayiəti ilə çıxdığı alış-verişdə "Chanel" mağazasına daxil olmaq istəyib. Lakin müğənni gözlənilməz vəziyyətlə qarşılaşıb.

Mağazanın təhlükəsizlik işçisi onun Cennifer Lopes olduğunu bilməyərək, "yer yoxdur" deyərək içəri buraxmayıb.

İfaçı mübahisə etmədən "problem deyil" deyərək oradan uzaqlaşıb. Sonradan onun Cennifer Lopes olduğunu öyrənən təhlükəsizlik işçisi üzr istəyib. Amma pop ulduz onun mağazaya dəvət təklifini qəbul etməyib.

Seçilən
10
5
hafta.az

6Mənbələr