AZ

İsveçdə "Malmö"nün "Zirə"dən aldığı Suma ilə bağlı problem yarandı

BAKI. 5 avqust. TELEQRAF

İsveçin "Malmö" klubunun "Zirə"dən transfer etdiyi Salifu Suma ilə bağlı problem yaranıb.

Teleqraf-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Henrik Rüdström açıqlama verib.

49 yaşlı mütəxəssis bildirib ki, bu, 21 yaşlı oyunçunun hələ iş icazəsi ala bilməməsi ilə əlaqədardır. O, məsələdə ləngimə olduğu üçün qvineyalı hücumçunun Danimarka "Kopenhagen"inə qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına sifariş olunmadığını bildirib.

Rüdström "Malmö"nün avqustun 9-da "Mölbü"yə qarşı keçirəcəyi İsveç çempionatının XIX tur matçınadək Sumanın probleminin həll olunacağını açıqlayıb.

Klubun idman direktoru Daniel Andersson isə iş icazəsinin 7-10 çəkəcəyini söyləyib: "Təəssüf ki, hazırda hökumətlə bağlı məsələlər bir qədər çətin durumdadır. "Vəziyyətlə barışmaqdan başqa çarəmiz yoxdur".

Qeyd edək ki, "Malmö" "Zirə"dən 1,3 milyon avroya transfer etdiyi Salifu Suma ilə 2029-cu ilədək müqavilə bağlayıb. "Kopenhagen"lə ilk matç bu gün "Malmö New Stadium"da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü isə avqustun 12-də Danimarka paytaxtında olacaq.

Seçilən
10
teleqraf.com

1Mənbələr