“Əl-Hilal” "Liverpul"un hücumçusu Darvin Nunesi transfer etməyə çalışır. Metbuat.az xəbər verir ki, Viktor Osimhen, Benjamin Sesko və Alexander İsak kimi futbolçuları transfer edə bilməyən “Əl-Hilal”, büdcəni Nunes üçün sərf etmək istəyir. “The Athletic”də dərc edilən xəbərə görə, Nunes Səudiyyə Ərəbistanına transfer olmağa razılıq verib. Bildirilir ki, "Liverpul" Alexander İsakı transfer etmək istəyir və klub Nunesin getməsinə razılıq verib. Məlumata görə, “Milan” və “Benfika” klubları da Nunesin xidmətində maraqlıdır. Qeyd edək ki, Darvin Nunes ötən mövsüm əsas heyət oyunçusu olmayıb. Futbolçu 7 dəfə fərqlənib.