ain.az bildirir, Azpost portalına istinadən.
Sakit okeanda dünyanın ilk tam süni intellektlə idarə olunan ada dövləti yaradılıb.
AzPost bildirir ki, “İslandiya-9” adlanan bu yeni layihə rəqəmsal özünüidarəetmə modelinin sınaq platforması kimi fəaliyyət göstərir. Dövlətin idarəçiliyində insanlar iştirak etmir – bütün qərarlar xüsusi hazırlanmış süni intellekt sistemi tərəfindən qəbul olunur.
Layihənin təşəbbüskarları müxtəlif ölkələrdən olan alimlər və sahibkarlardır. Ada hökumətinin icraedici funksiyaları AEGIS adlı sistemə həvalə olunub. Bu platforma məlumatların idarə olunması sahəsində ixtisaslaşmış doktor Amal Çanqın rəhbərliyi ilə hazırlanıb.
AEGIS real vaxt rejimində iqtisadi və ekoloji göstəriciləri izləyir, əhali arasında rəqəmsal sorğular aparır, səhiyyə, təhsil və resursların bölüşdürülməsi sahəsində təşəbbüslər formalaşdırır. Eyni zamanda hüquqi və etik prinsiplər sistemin əsasına inteqrasiya olunub.
Hazırda adada təxminən beş min nəfər könüllü yaşayır. Bütün qanunvericilik və büdcə qərarları vətəndaşların elektron səsverməsi və açıq məlumat analizinə əsaslanaraq qəbul edilir.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.