AZ

"Qalatasaray" Rusiya millisinin futbolçusunu transfer etmək istəyir

BAKI, 5 avqust. TELEQRAF

Türkiyə "Qalatasaray"ı Fransanın PSJ klubunun futbolçusu Matvey Safonovu transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə məşhur jurnalist Süleyman Rodop məlumat yayıb.

Mənbənin məlumatına görə, İstanbul təmsilçisi artıq rusiyalı qapıçı üçün ilkin danışıqlar aparıb.

"Qalatasaray" İngiltərənin "Mançester Siti" komandasından Edersonu transfer edə bilməsə, diqqətini Safonova yönəldəcək.

Daha əvvəl "sarı-qırmızılar"ın PSJ-yə digər qapıçısı Canluici Donnarumma üçün rəsmi təklif göndərdiyi bildirilirdi.

Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin yayında 20 milyon avro qarşılığında Rusiyanın "Krasnodar" klubundan PSJ-yə transfer olunub. O, Paris təmsilçisi ilə meydana çıxdığı 17 oyunda 13 qol buraxıb. Safonov Rusiya millisinin üzvüdür.

Seçilən
20
teleqraf.com

1Mənbələr