AZ

Almaniya Polşaya "Eurofighter" döyüş təyyarələrini göndərib

Rusiya və Belarusun "Qərb-2025" adlı birgə hərbi təlimlərinə dörd həftə qalmış Almaniya Polşaya beş ədəd "Eurofighter" tipli döyüş təyyarə yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə "t-online" portalı məlumat yayıb.

    Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Polşanın Minsk-Mazovetski hərbi hava bazasında yerləşdirilib.

    Döyüş təyyarələri çərşənbə axşamından etibarən uçuşlara başlayacaq və onların Polşada bir neçə həftə qalması planlaşdırılır.

    Seçilən
    28
    7
    bakivaxti.az

    8Mənbələr