AZ

"Qalatasaray" Rusiya millisinin qapıçısını transfer etmək istəyir

"Qalatasaray" rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı PSJ rəhbərliyi ilə danışıqlara başlayıb

Operativ Media xəbər verir ki,bu barədə jurnalist Süleyman Rodop "X" sosial şəbəkəsində məlumat yayıb.

Daha əvvəl məlum olmuşdu ki, Paris klubu “Lill”dən Lük Şevalyeri transfer etmək istəyir, ona görə də Safonov komandanı tərk edə bilər.

Safonov 2024-cü ilin yayında "Krasnodar"dan PSJ-yə keçib və 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.

"Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

Safonov ötən mövsüm Paris təmsilçisinin heyətində bütün yarışlarda 17 oyun keçirib, 13 qol buraxıb və 7 oyunda qapısını təmiz saxlayıb.

Seçilən
21
operativmedia.az

1Mənbələr