Bakı. Trend:
Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldəetmək hüququna malikdir. Bu hüquq qanunla təmin edilir və şəxsinmüəyyən şərtləri ödəməsi şərti ilə tətbiq olunur.
Mülki silah nədir?
Mülki silah dedikdə özünümüdafiə, ov və idman məqsədləri üçünistifadə olunan silahlar nəzərdə tutulur. Özünümüdafiə silahıyalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı,qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlətəchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və yaaerozol qurğulu qaz silahını ifadə edir. İdman silahı - idmanyarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədənsoyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanlarınvə quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və yayivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatiksilahlar deməkdir.
Bəs, mülki silahı əldə etmək üçün nə etmək lazımdır?Kimlərə mülki silah verilə bilər?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq DİN-in MətbuatXidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, mülki silahın əldəedilməsi ilə bağlı daxil olmuş müraciətlər kütləvi xarakterdaşımır:
"Qeyd edək ki, respublikamızda 21 yaşına çatmış vətəndaşlarınmülki odlu silah əldə etmək hüququ var".
Qurum rəsmisi qeyd edib ki, mülki silahı, yəni özünümüdafiə, ovvə idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahı əldə etməkistəyən vətəndaş Daxili İşlər Nazirliyinə aidiyyəti üzrə müraciətetməlidir.
"Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəbxəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması,habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış,iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərinməhkumluğunun olub-olmaması yoxlanılır. Araşdırıldıqdan sonra həminşəxsə müvafiq silahın verilib-verilməməsi barədə qərar qəbulolunur", - o əlavə edib.