AZ

"Kirayə mənzillər avqustun sonlarında daha da bahalaşacaq" - Ekspert

Bakıda kirayə mənzil bazarında son günlərdə canlanma müşahidə olunur. Xüsusilə metro çıxışlarına yaxın ərazilərdə ev tapmaq çətinləşib. 

Mövzu ilə bağlı Operativ Media-ya danışan əmlak eksperti Elnur Azadov bildirib ki, ayın sonuna doğru qiymətlər daha da yüksələcək.

Onun sözlərinə görə, kirayə mənzil axtaranlar əsasən tələbələr və yeni tədris ilinə hazırlaşan ailələrdir. Bu da sentyabr ayına yaxın olan dövrdə bazarda tələbin artmasına və qiymətlərin yüksəlməsinə yol açır.

Ekspert qeyd edib ki, hazırda şəhər mərkəzində münasib qiymətə mənzil tapmaq demək olar ki, mümkün deyil:

"Artıq bazarda müəyyən canlanma müşahidə olunur. Bununla əlaqədar kirayə mənzillərdə qıtlıq yaranmağa başlayıb. Metro çıxışlarında və metroya yaxın ərazilərdə mənzil tapmaq getdikcə çətinləşir. Proqnozlara görə, ayın sonuna doğru vəziyyət daha da mürəkkəbləşəcək. Şəhər kənarlarındakı ərazilərdə 500-600 manat aralığında olan kirayə mənzillərin də qiymətində artım gözlənilir".

Seçilən
7
operativmedia.az

1Mənbələr