AZ

ABŞ Ayda atom elektrik stansiyasının tikintisi proqramını sürətləndirəcək

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Ayda atom elektrik stansiyasının tikintisi proqramını sürətləndirəcək

ABŞ Rusiya və Çinin planlarına cavab olaraq Ayda atom elektrik stansiyasının tikintisi proqramını sürətləndirəcək.

NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Ayda nüvə reaktorunun qurulması proqramını sürətləndirmək planlarını açıqlamaq niyyətindədir. Bu barədə “Politico” məlumat yayıb.

Agentliyin sənədlərinə görə, ABŞ Ayda ilk atom elektrik stansiyası tikən ölkənin orada Vaşinqtonun imkanlarını məhdudlaşdıraraq “qadağan olunmuş zona” yarada biləcəyindən narahatdır. NASA nümayəndəsi bunu ikinci kosmik yarışda qələbə adlandırıb. NASA 2030-cu ilə qədər 100 kVt gücündə nüvə reaktoru tikmək üçün podratçı axtarır və eyni tarixə qədər ISS-i kommersiya stansiyaları ilə əvəz etməyi planlaşdırır.

İyunun 12-də “Roskosmos”un baş direktoru Dmitri Bakanov Ayda ilk atom elektrik stansiyasının yaradılmasını elan edib. Mayın 8-də Roskosmos və Çin Milli Kosmik İdarəsi tədqiqatlar üçün Ayda atom elektrik stansiyasının tikintisinə dair saziş imzalayıb. Beynəlxalq Elmi Ay Stansiyasının Rusiya-Çin layihəsinə (2036-cı ilə qədər planlaşdırılır) 13 ölkə qoşulub.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
oxumeni.az

2Mənbələr