ain.az bildirir, Xalqcebhesi portalına istinadən.
UNİCEF Qəzzadakı hadisələrlə bağlı X rəsmi sosial media hesabından açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, uşaqlar bombardmanlardan, aclıqdan, qıtlıq və təməl xidmətlərə çıxışın olmamasından ölürlər.
“Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür” deyə qeyd edilən açıqlamada gündəlik təxminən 28 uşağın, 22 ayda isə 18 mindən çox uşağın öldürüldüyü vurğulanıb.
Qəzzada uşaqların təcili olaraq qidaya, suya, dərmana və müdafiəyə ehtiyacı olduğu bildirilərək, "Hazırda atəşkəsə hər şeydən çox ehtiyac var” deyə bildirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.