AZ

İran MI6 nın sızmasından danışıqlarda arqument kimi istifadə etmək istəyir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Taliban hərəkatından Böyük Britaniya ilə əməkdaşlıq edən və Böyük Britaniya Müdafiə Nazirliyinə sızma nəticəsində əldə edilən əfqanların siyahısını onunla bölüşməyi xahiş edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl məlum olmuşdu ki, istəmədən sızma nəticəsində 2021-ci ilin avqustunda Taliban hakimiyyətə gələnə qədər Londonla sıx əməkdaşlıq edən 25 minə yaxın əfqanın şəxsi məlumatları oğurlanıb.

Böyük Britaniya hökuməti 2022-ci ildə baş verən sızma barədə yalnız 2023-cü ilin avqustunda xəbər tutub və Əfqanıstanda qalan bu insanların krallığa prioritet köçürülməsi proqramına başlayıb.

Bundan əlavə, "MI6" xarici kəşfiyyat xidməti və xüsusi təyinatlıların əməkdaşları da daxil olmaqla 100-dən çox britaniyalının şəxsi məlumatları sızdırılıb. Məlumat sızması Böyük Britaniyanın Müdafiə Nazirliyinin əməkdaşının məxfi məlumatları ehtiva edən e-poçtu səhvən üçüncü tərəfin elektron poçt ünvanına yönləndirməsi zamanı baş verib.

“The Daily Telegraph” yazır ki, Tehran bu siyahıdan nüvə proqramı ilə bağlı danışıqlarda “sövdələşmə vasitəsi” kimi istifadə etmək istəyir.

Qeyd olunur ki, sənəddə Böyük Britaniyadan sığınacaq üçün müraciət etmiş əfqanların, o cümlədən Britaniya ordusu ilə əməkdaşlıq etmiş hərbçilərin və kəşfiyyat məlumatçılarının adları var. Onların bir qismi daha sonra İrana qaçıb.

Qəzetin vurğuladığı kimi, bu siyahıdan ən azı bir nəfər artıq İrandan Əfqanıstana deportasiya edilib ki, bu da iki ölkənin bu məsələdə əməkdaşlığa başladığından xəbər verir.

İranın yüksək rütbəli rəsmilərindən biri nəşrə: "Avropanın İrana qarşı sanksiyaları avqustun sonunda bərpa olunmazdan əvvəl mümkün qədər çox adam tapmaq lazımdır ki, onlardan pərdəarxası sövdələşmələr üçün alət kimi istifadə etsinlər", - deyib.

Məlumat sızmasından sonra bu günə qədər təxminən 4500 əfqan təhlükəsizlik üçün Böyük Britaniyaya aparılıb. Sonradan bu rəqəmin 7000-ə yüksələcəyi gözlənilir. Beynəlxalq qoşunların Əfqanıstandan çıxarılmasından sonra ümumilikdə 30 mindən çox əfqan krallığa köçüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr