Bakı. Trend:
Meksika prokurorluğu ölkənin mərkəzində yerləşən Quanaxuatoəyalətinin La Kalera şəhərində aparılan əməliyyat-axtarıştədbirləri zamanı 32 nəfərin cəsədinin aşkarlandığınıtəsdiqləyib.
Trend-inməlumatına görə, iyulun 30-dan avqustun 2-dək aparılan araşdırmalarnəticəsində tapılan meyitlərdən 15 nəfərin şəxsiyyəti artıq müəyyənedilib.
Əyalət prokurorluğunun “X” sosial şəbəkəsində yaydığı açıqlamadadeyilir:
“La Kalerada aparılan araşdırmalardan sonra 32 nəfərin cəsəditapılıb, onlardan 15-nin şəxsiyyəti müəyyən edilib.”
Yerli “TVguanajuato” telekanalı bildirib ki, tapılan insanqalıqları parçalanmış vəziyyətdə olub və onların identifikasiyasıgenetik analiz, antropologiya və məhkəmə stomatologiyasısahələrində xüsusi texnikanın tətbiqini tələb edir.
Hadisə ilə bağlı istintaq davam etdirilir. Quanaxuato əyalətison illərdə narkokartel qarşıdurmaları və zorakılıq halları ilətez-tez gündəmə gəlir.