AZ

HƏMAS: Netanyahu Qəzzadakı məhbusların həyatına görə məsuliyyət daşıyır

HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan Qəzzadakı məhbusların həyatına görə İsrail hökumətinin tam məsuliyyət daşıdığını bəyan edib.

Teleqraf xəbər verir ki, Usamə əl-Həmdana görə, Netanyahu hökuməti bütün məhbusların həyatına tam cavabdehdir. B

7 oktyabr 2023-cü il tarixindən bu yana əsir saxlanılan İsrail əsgərlərinin HƏMAS tərəfindən humanitar şəraitdə saxlandığını və bu vəziyyətin azadlığa çıxan israilli məhbusların açıqlamaları ilə təsdiqləndiyini bildirən Həmdan “Bizim xalqın yediyini yeyir, içdiyini içirlər” - deyə, qeyd edib.

Həmdan əlavə edib ki, HƏMAS-ın məhbuslara münasibəti İslam prinsiplərinə uyğundur və bütün insani ehtiyaclar Qəzza xalqının imkanları daxilində ödənilir.

İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların "vəhşi işgəncələrə, ləyaqəti alçaldan rəftara və yavaş ölümə səbəb olan tətbiqlərə" məruz qaldığını bildirən Hamdan bunun Qəzzadakı israilli məhbusların durumu ilə ziddiyyət təşkil etdiyini vurğuladı.

Seçilən
16
teleqraf.com

1Mənbələr