AZ

Yaponiya ABŞ-dən avtomobil tariflərinin azaldılmasını tələb edəcək

Yaponiyanın ticarət danışıqları üzrə baş nümayəndəsi Ryosey Akadzava çərşənbə axşamı ABŞ-yə səfər etməyi planlaşdırır.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, ötən danışıqlarda əldə edilmiş razılaşmaya uyğun olaraq, nümayəndə Vaşinqtondan avtomobil tariflərinin azaldılmasını tələb etməyi düşünür.

Razılaşmaya görə, Yaponiya ABŞ-yə idxal üçün 15 % rüsum ödəməlidir. Bu anlaşma ilə rəsmi Tokio ABŞ Prezidenti Donald Trampın 25 %-lik rüsum təhdidindən yaxa qurtarmışdı.

Yeni tarif dərəcəsinin avqustun 7-dən qüvvəyə minməsi planlaşdırılır. Avtomobil tariflərinin azaldılması məsələsinin hansı tarixdə həyata keçiriləcəyi isə bəlli deyil.

Qeyd edək ki, hazırda avtomobil tarifləri 27.5 % təşkil edir.

Seçilən
27
38
report.az

10Mənbələr