AZ

Kamçatkada daha bir güclü zəlzələ baş verib - YENİLƏNİB

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Açıqlamada deyilir ki, yeraltı təkanlar vilayət mərkəzindən 234 kilometr məsafədə, 64,8 kilometr dərinlikdə baş verib.

Zəlzələnin nəticələri və mümkün dağıntılarla bağlı əlavə məlumat verilməyib.



***
22:41

Kamçatkada 5,3 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri 48,6 km dərinlikdə yerləşib.

Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Seçilən
92
50
apa.az

10Mənbələr