AZ

“Qarabağ” – “Şkendiya” oyununun biletləri satışa çıxarılır

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsindəkeçiriləcək “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyunununbiletləri avqustun 5-i saat 12:00-dan etibarən satışaçıxarılacaq.

Trend xəbər verirki, bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidməti məlumatyayıb.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.Biletlərin qiyməti 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq VIP Loungeüstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərinqiyməti 300 manat müəyyən edilib.

Biletləri aşağıdakı məntəqələrdən əldə etmək mümkündür:

iTicket.azonlayn satış platforması və fiziki satış məntəqələri;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Seçilən
76
49
az.trend.az

10Mənbələr