Bakı. Trend:
“Telegram” mesencerində şəxsi istifadəçi profillərininverifikasiyası funksiyası tətbiq olunub.
Trend xəbər verirki, bu barədə “Durova Code” portalı məlumat yayıb.
Yeni xüsusiyyət çərçivəsində istifadəçilər profillərininhəqiqiliyini təsdiqləyə biləcəklər. Verifikasiya nişanı klassik“mavi işarə” formasında deyil, mesencerin simvolunu xatırladanxüsusi dizaynda təqdim olunur və profilin şəklinin yanındayerləşdirilir.
Verifikasiya nişanı alan ilk şəxs platformanın təsisçisi və başdirektoru Pavel Durov olub.
Qeyd edək ki, indiyədək yalnız kanallar və botlar üçünverifikasiya mövcud idi. 2025-ci ilin əvvəlindən “Telegram”botların verifikasiyasını da təqdim edib və onlar üçün fərqlidizayna malik nişanlar istifadə olunur.
İndi isə artıq adi istifadəçilər də bu funksiyadan yararlanaraqprofillərinə rəsmi təsdiq ala biləcəklər.