ABŞ-nin nəqliyyat naziri və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) administratoru vəzifəsini icra edən Şon Daffi bu həftə Ayda nüvə reaktorunun qurulması proqramını sürətləndirmək planlarını açıqlamağı planlaşdırır..
Poliqon bu barədə Politico nəşrinə istinadən xəbər verir.
NASA-nın direktivində vurğulanır ki, Yerin peykində atom elektrik stansiyası tikən ilk ölkə ABŞ-nin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq qadağan olunmuş zona elan edə biləcək. Bu ehtimalla əlaqədar olaraq NASA 2030-cu ilə qədər kosmosa göndərilməsi planlaşdırılan 100 kilovatlıq nüvə reaktorunun tikintisi üçün podratçı axtarışlarına başlayır.
NASA-nın yüksək səviyyəli rəsmisinin sözlərinə görə, bu vəziyyətdə ikinci kosmik yarışda qalib gəlməkdən danışırıq.
İddia edilir ki, ABŞ həmçinin Beynəlxalq Kosmik Stansiyadan imtinanı sürətləndirməyi, həmçinin 2030-cu ilə qədər onu kommersiya stansiyaları ilə əvəz etməyi planlaşdırır.
Xatırladaq ki, mayda Roskosmos Çinlə Ay elektrik stansiyasının yaradılması sahəsində əməkdaşlıq memorandumu imzalayıb. Stansiyada müxtəlif kosmik tədqiqatların aparılması, həmçinin Ayda insanın olması perspektivi ilə stansiyanın uzunmüddətli pilotsuz istismarına imkan verəcək texnologiyaların sınaqdan keçirilməsi planlaşdırılır. Dövlət korporasiyası qeyd edib ki, Ay stansiyasının yaradılması üzrə Rusiya-Çin layihəsinə artıq 13 ölkə qoşulub.
Poliqon.info