AZ

ABŞ-nin təzyiqlərinə boyun əyən Ruanda miqrantların qəbuluna başlayacaq

Ruanda ABŞ-dən deportasiya edilən 250-yə qədər miqrantı qəbul etməyə razılaşıb.

"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə Ruanda hökumətinin sözçüsü Yolande Makolo məlumat verib.

"Bu qərarın verilməsinin səbəblərindən biri də odur ki, demək olar, hər bir ruandalı ailə köçkünlük çətinliklərini yaşayıb və bizim cəmiyyət dəyərlərimiz reinteqrasiya və reabilitasiya üzərində qurulub", – deyə o bildirib.

Nəşr bu qərar ilə Ruandanın "Trampın təzyiqlərinə boyun əyən son ölkə" olduğunu qeyd edib.

ABŞ Dövlət Departamenti və Ağ Ev isə məsələ ilə bağlı şərh verməyib.

Seçilən
3
report.az

1Mənbələr