AZ

Kamçatkada yenə güclü zəlzələ oldu

Kamçatkada daha bir güclü zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, vilayətdə indi də 6 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, iyulun 30-da Kamçatka 1952-ci ildən bəri ən güclü zəlzələsinə şahidlik edib.

Yeraltı təkanların sarsıdıcı gücü 8,7 bal olub. Şimali Kuril adalarında da 8 bala qədər hiss olunub.

Sunami təhlükəsi ilə əlaqədar Kamçatka diyarı və Şimali Kuril bölgəsində fövqəladə vəziyyət elan edilib.

Sonrakı dörd sunami dalğası liman obyektlərinə və digər obyektlərə ziyan vurub. Bundan sonra yüzlərlə afterşok qeydə alınıb.

Seçilən
39
5
qafqazinfo.az

6Mənbələr