AZ

Necə, nə ilə və nə vaxt gedirlər?

Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" ilə qarşılaşacaq "Sabah"ın Bolqarıstana səfərinin detalları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda Sofiyaya avqustun 6-da, saat 10:00-da çarter reysi ilə yollanacaq.

Oyunöncəsi mətbuat konfransı avqustun 6-da, yerli vaxtla saat 20:00-da, komandanın açıq məşqi isə 20:30-da baş tutacaq.

"Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Seçilən
85
35
sportinfo.az

10Mənbələr