AZ

Ofisinin tavanını da qızıldan etdirir

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Tramp Ağ evdəki ofisinin tavanını qızıldan etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin Tarix Dərnəyi artıq Oval Ofisin ilkin interyer modelini təqdim edib.

Dərnəyin direktoru Luke Buredi yenilənəcək interyer haqda bunları deyib:

“Prezident Trampın Oval Ofisdəki tam səlahiyyətləri ilə dediklərini icra edirik. Birinci dekorasiyadan başlayacağıq”.

Qeyd edək ki, Ağ Evin interyerində tarixən də qızılı elementlər populyarlıq təşkil edib. Lakin bu tendensiya zamanla özünü sadəliklə əvəzləyib.

Xüsusən ABŞ-nin sabiq lideri Co Baydenin dövründə qonaqlar Oval ofisi ən sadə halı ilə müşahidə ediblər.

Tramp isə ikinci hakimiyyətinin səlahiyyətlərini təhvil aldıqdan sonra qızıl elementləri Birləşmiş Ştatların küçə və prospektlərində, habelə, Ağ Evdə yenidən gündəmə gətirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr