Fransanın şimalında dəmiryolu xəttində baş vermiş enerji təchizatı problemi səbəbilə “Eurostar” qatarlarının bir sıra reysləri ləğv edilib və ya gecikmələrlə yerinə yetirilib.
Publika.az xəbər verir ki, Londondan Parisə hərəkət edən 9 “Eurostar” qatar reysi ləğv olunub, daha 15 qatar gecikib.
Eyni zamanda, Brüssel–Paris və Amsterdam–Paris marşrutlarında da bəzi qatar reysləri ləğv olunub və ya gecikmələrlə üzləşib.
Ciddi nasazlıqlar enerji təchizatındakı problem səbəbilə baş verib. Genişmiqyaslı təmir işlərinin tələb olunduğu bildirilir.