AZ

Braziliyanın keçmiş prezidenti ev dustaqlığına məhkum edildi

Dövlət çevrilişinə cəhddə təqsirləndirilən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru haqqında ev dustaqlığı qərarı verilib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi qərar çıxarıb.

Bildirilib ki, keçmiş prezident "məhkəməyə qədər ehtiyat tədbirlərini pozduğuna görə" barəsində sözügedən hökm verilib.

Belə ki, o, sosial mediadan istifadəsini və siyasi mesajlaşmasını məhdudlaşdıran məhkəmə qərarını heçə sayıb.

Xatırladaq ki, Jair Bolsonaru 2022-ci ildə keçirilən prezident seçkilərində məğlub olmasına baxmayaraq, vəzifədə qalmaq üçün çevriliş planını təşkil etmək iddiası ilə mühakimə olunur.

ABŞ Prezidenti Donald Tramp isə Bolsonarunun mühakimə edilməsini sərt şəkildə qınayaraq Braziliya hakimiyyətini "cadugər ovu"nda günahlandırıb, hakim Aleşandre de Moraesa qarşı isə sanskiya təbiq edib.

Seçilən
13
report.az

1Mənbələr