Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının mərkəzi rayonlarında əhaliyə verilən elektrik enerjisində fasilələr yaranıb. Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub. Bildirilir ki, Nizami, Yasamal, Səbail rayonu ərazisində işıqlar sönüb.Məsələyə aydınlıq gətirmək üçün "Azərişıq" ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında məlumatı təsdiqləyib.“Problem yaranıb, bəzi yerlərdə işıqlar sönüb. Hazırda hadisə barədə dəqiq informasiya əldə etməyə çalışıram”, - deyə Tanrıverdi Mustafayev bildirib.Ziya SƏCCADBAKU.WS
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.