ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Sinqapurlu milyarder, "Fomula-1" Qran-prisinin tanınmış promouteri və daşınmaz əmlak sahəsində nüfuzlu maqnat Onq Benq Senq böyük korrupsiya işi üzrə təqsirini rəsmən etiraf edib.
Oxu.Az "Channel News Asia"ya istinadla xəbər verir ki, sözügedən iş Sinqapurda son onilliklər ərzində ən böyük korrupsiya qalmaqalıdır.
79 yaşlı iş adamı yükksəkvəzifəli məmuru pulla ələ aldığını etiraf edib. Söhbət keçmiş nəqliyyat naziri Subramanyam İsvaran üçün Dohadan Sinqapura biznes-sinifdə uçuşun pulunun ödənilməsindən gedir.
İstintaq həmçinin milyarderin özünə qarşı dövlət məmurunu korrupsiya əməllərinə sövq etmək və ədalət mühakiməsinə mane olmaqda ittiham edib.
Onu yeddi ilə qədər həbs və xeyli miqdarda cərimə gözləyir. İş üzrə yekun qərar avqustun 15-də veriləcək.
Xatırladaq ki, İsvaran 2024-cü ildə Onq Benq Senqdan bahalı hədiyyələr şəklində rüşvət aldığı üçün 12 ay həbs cəzasına məhkum edilmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.