ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri bildiriblər ki, 5-ci mərtəbədə yaşayan psixi problemləri olan qadının mənzilindən yayılan pis qoxu, məişət tullantıları və tarakanlar artıq bütün bloku cənginə alıb.
İllərlə müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
"Nəcislərini blokun qabağına atırlar. Qardaşları dünyasını dəyişəndə 3-4 gün meyitlə evdə qaldılar. Qonşular xəbər tutandan sonra onu dəfn etdilər", - narazı sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sözügedən yaşayış binasında antisanitar vəziyyət yaradan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülür.
Ətraflı Baku TV-nin süjetində:
Psixi problemi olduğu deyilən şəxs sakinləri boğaza yığdı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.