AZ

8,5 min uşağa məktəb ləvazimatları paylanacaq

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanda 8500 uşağa məktəb ləvazimatları veriləcək.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu “Məktəbə yol” respublika kampaniyası çərçivəsində baş tutacaq.Kampaniya çərçivəsində ilkin olaraq paytaxt Astanada 8500 uşağa məktəb ləvazimatları paylanacaq. Xeyriyyə aksiyası sentyabrın 30-dək davam edəcək.Məlumata görə, kampaniya çərçivəsində çoxuşaqlı, aztəminatlı və kimsəsiz uşaqlara yardım göstəriləcək.Məktəb çantası və dəftərxana ləvazimatları şəklində bu yardım sosial tərəfdaşlar hesabına veriləcək.Həmçinin şəhər sakinləri də kampaniyada iştirak edə bilərlər. Bunun üçün ticarət mərkəzlərində xüsusi konteynerlər quraşdırılıb. Mehman Mehdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
newscenter.az

1Mənbələr