525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Somali təhlükəsizlik qüvvələri "Əl-Qaidə" ilə bağlılığı olan "Əş-Şəbab" terror təşkilatının əsas bazasını məhv edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat Milli Təhlükəsizlik və Kəşfiyyat Agentliyi tərəfindən Barire şəhəri yaxınlığında aparılıb.
Əməliyyat zamanı "Əş-Şəbab"ın bir neçə bunkeri dağıdılıb, onlarla silahlı öldürülüb. Paytaxt Moqadişodan 2 saatlıq məsafədə yerləşən Bariredə qruplaşma üzvləri ilə hərbçilər arasında qarşıdurma hələ də davam edir.
Qeyd edək ki, minlərlə üzvü olan "Əş-Şəbab" 2006-cı ildə yaradılıb. Terror təşkilatının əsas məqsədi bölgədən xarici dövlətlərin ordu hissələrinin çıxarılmasıdır. Bundan başqa, "Əş-Şəbab"ın digər terror qruplaşmalarla da ideoloji baxımdan mübarizə apardığı məlumdur.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.