AZ

34 yaşlı təcrübəli hücumçu Porto ya keçib

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Portuqaliyanın "Porto" komandası Hollandiyanın PSV komandası ilə müqaviləsi başa çatan Luuk de Yonqla anlaşma əldə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 34 yaşlı hücumçunun transferini açıqlayan "Porto" müqavilə müddəti ilə bağlı məlumat verməsə də, futbolçunun 26 nömrəli formanı geyinəcəyini bildirib.

Karyerasında “Tvente”, “Borussiya Mönhenqladbax”, “Nyukasl Yunayted”, “Sevilya”, “Barselona” və PSV Eyndhoven klublarında çıxış edən hollandiyalı futbolçu “Sevilya” ilə 2019-20 UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırıb.

Fərid

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
mia.az

1Mənbələr