Türkiyənin Balıkesir vilayətində meşə massivində yanğın baş verib.
Publika.az xəbər verir ki, Biqadiç rayonundakı meşəlik ərazidə başlayan yanğını söndürmək üçün hadisə yerinə 8 təyyarə, 5 helikopter, 5 yanğınsöndürən maşın və 171 nəfərlik şəxsi heyət cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.