AZ

5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Bakı. Trend:

5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.

Trend-inməlumatına görə, Azərbaycan Hərbi Donanması 1919-cu ildə AzərbaycanXalq Cumhuriyyəti dövründə yaradılmışdır.

1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhərlimanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycanhökumətinə təhvil verilmişdir. Bu gəmilərin əsasında AzərbaycanXəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycanhökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasındamühüm rol oynamışdır.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərliketdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtopluqırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10sahil topu və simsiz teleqraf qurğuları almışdır.

Azərbaycan hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünəekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanınyaradılmasına kömək etmək üçün 1919-cu ilin yayında Azərbaycanadəvət etmişdir. "Astrabad", "Qars" və "Ərdəhan" hərbi gəmilərininkomandirliyi azərbaycanlı kapitanlara tapşırılmışdır.

Lakin aprel işğalı nəticəsində hərbi donanmanın maddi-texnikibazasının və kadr təminatının gücləndirilməsi planları həyatakeçirilməmişdir. Bolşeviklərin gəlişi ilə Azərbaycan HərbiDonanması ləğv olunmuşdur.

SSRİ-nin dağılması ilə Azərbaycanda hərbi-dəniz donanmasınınyaradılması üçün şərait yaranmışdır. 1992-ci il aprelin 7-dəAzərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizəvə təminat rotası təsis olunmuşdur. Xəzər Hərbi Dəniz Donanmasının25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasınıntabeçiliyinə verilmişdir.

1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində AzərbaycanRespublikasının dövlət bayrağı qaldırılmışdır. Nazirlər Kabinetinin1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbininbazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan DövlətDəniz Akademiyası yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanlahər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. Bugün, Azərbaycanın hərbi donanmasının tarixini, nailiyyətlərini vəgələcək perspektivlərini xatırlamaq və təqdir etmək üçün xüsusiəhəmiyyət kəsb edir.

Seçilən
42
36
az.trend.az

10Mənbələr