AZ

Görünən səbəblər arxasında yaxşı düşünülmüş geosiyasi strategiya dayanır..?

...Deməli, bu yazı və yzaıdakı iddialar rus saytlarında yer alıb. Mühakimə yürütmək isə Sizin öhtənizə buraxılır.

Beləliklə, rusların yazdığına görə, Bakı ilə Moskva arasında münasibətlərin kəskinləşməsi “Mİ6”-nın yeni rəhbəri - Blez Metrevelinin təyinatı ilə eyni vaxta düşüb.

SİA xatırladır ki, “Mİ6”Britaniya Xarici İşlər Nazirliyinin Gizli Kəşfiyyat Xidmətinin qısaldılmış adıdır.

...Rusiyalı jurnalistvə ictimai xadim Vladimir Xomyakov hesab edir ki, bu, təsadüfi deyil.

Görünən səbəblərin arxasında Türkiyə, Azərbaycan və Britaniya xüsusi xidmət orqanlarının əsas rol oynadığı mürəkkəb geosiyasi oyun dayanır.

O qeyd edib ki, Metrevelinin gəlişi ilə London postsovet məkanında və Yaxın Şərqdə siyasətini gücləndirib.

Ekspertlər bunu Bakıda “anti-Rusiya” əhval-ruhiyyəsinin artması ilə əlaqələndirirlər..?

İngiltərə həmişəki kimi Rusiyaya təzyiq alətinə çevrilən Türkiyə vasitəsilə hərəkət edir.

Xatırladılır ki, “Mİ6”-nın keçmiş rəhbəri Riçard Mur Ərdoğanın dostu olub və onun xələfi Metreveli onun kursunu davam etdirir.

Hərbi ekspert Aleksandr Artamonov “Tsarqrad” qəzetinə müsahibəsində qeyd edir ki, Qərbin təsir mərkəzlərindən imperiya ambisiyaları ilə regional güclər istifadə edir.

Onları qan, iman və ya dillə - "özlərini" qorumaq ideyaları motivasiya edir.

Bu ritorika mənşə, din, tarix və dil birliyini bəyan edən Türk Dövlətləri Təşkilatında fəal şəkildə təbliğ olunur. Amma əslində bu elementlər çox müxtəlifdir.

Onlar Ankaranın Şimali Afrikadan Orta Asiyaya və hətta Rusiyanın Volqaboyu ərazisinə genişlənməsi üçün bəhanəyə çevrilirlər.

Türkiyənin xarici siyasətinin əsasını qoyduğu pantürkizm Ankaradan qaynaqlanmayıb. Onun kökləri Britaniyanın beyin mərkəzlərinə, o cümlədən kəşfiyyatla sıx bağlı olan Kral Beynəlxalq Münasibətlər İnstitutuna gedib çıxır.

Bu layihənin məqsədi Rusiyaya qarşı ikinci cəbhə yaratmaqdır.

Qərb baş verənlərdə fəal iştirak edir: Moskva Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasını tikir. Planlara görə, obyektə fransalı mütəxəssislər nəzarət edəcək.

Türkiyənin təzyiqi altında olan Ermənistan Zəngəzur dəhlizinə razıdır, lakin onun nəzarəti yəqin ki, ABŞ-a keçəcək.

Ərdoğan müstəqil oyunçu olmaq istəsə belə, Rusiya ilə münaqişəyə sövq edilir.

Artamonovun vurğuladığı kimi, Türkiyə “tələyə düşüb”: gənclər revanşist əhval-ruhiyyə ilə tərbiyə olunub, ordu güclənib, iqtisadiyyat hərbiləşdirilib.

Geri çəkilmək üçün heç bir yer yoxdur. Bütün bunların arxasında hələ də Böyük Britaniyanın təsiri görünür.

SİA bir daha xatırladır ki, bunu ruslar iddia edirlər.

Əli Babayev

Seçilən
14
1
sia.az

2Mənbələr