AZ

"Portu"nun gizli transferi belə təqdim olundu

Portuqaliyanın nəhəng klubu "Portu" azarkeşlərini gözlənilməz şəkildə təəccübləndirib.

Fanat.Az xəbər verir ki, klub niderlandlı hücumçu Luuk de Yonqun transferini heç bir rəsmi açıqlama olmadan gerçəkləşdirib.

Portuqaliya mətbuatı və azarkeşlər bu keçid barədə heç bir məlumat sahibi deyildilər. Hətta klubun özü də rəsmi açıqlama vermədən transferi birbaşa yeni mövsüm təqdimatında açıqlayıb.

Luuk de Yonq yeni mövsüm təqdimatı zamanı birbaşa meydançaya çıxaraq "Portu" forması ilə azarkeşlərin qarşısına çıxıb və transfer beləliklə rəsmiləşib.

Qeyd edək ki, təcrübəli forvardın təcrübəsi və hava toplarındakı üstünlüyü "Portu"nun hücum xəttinə böyük qatqı verə bilər.

Kamil Xudiyev

 

Seçilən
13
1
fanat.az

2Mənbələr