AZ

Binəqədi və Sabunçuda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Sabunçu rayonunda yerləşən mağazaların birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1800 manat maddi ziyan vurulub. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı M.Rəsulov və əvvəllər məhkum olunmuş 64 yaşlı Ş.Hüseyquliyev saxlanılıblar. Binəqədi rayonu ərazisində isə 2 nəfərə məxsus avtomobillərdən 1500 manat, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən 39 yaşlı M.Allahverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Seçilən
55
18
avtosfer.az

10Mənbələr