AZ

“Əvvəl dəstəkləyirdilər, indi hədəf seçiblər" - Hindistandan Trampa cavab

“Hindistan Rusiyadan neft idxal etdiyi üçün Qərbin hücumlarına məruz qalıb”. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Randhir Caysval bildirib. 

Tənqidlərə cavab verən XİN sözçüsü əvvəllər ABŞ-nin qlobal enerji bazarlarını sabitliyi üçün Rusiyadan neft idxalını  dəstəklədiyini dilə gətirib. Bildirib ki, indi isə, bu ticarətə görə Hindistan Qərbin hədəfinə çevrilib. 

Xatırladaq ki, Tramp Hindistanı Rusiya neftinin yenidən satışı ilə bağlı rüsumları əhəmiyyətli dərəcədə artıracağı ilə hədələyib.

 

Seçilən
4
3
qafqazinfo.az

4Mənbələr