Bakı. Trend:
“Şamaxı” klubu yeni mövsüm üçün heyətini formalaşdırmaqistiqamətində çalışmalarını davam etdirir.
Trend xəbər verirki, komanda Ravil Qafarovu transfer edib. Bu barədə klubun mətbuatxidməti məlumat yayıb. 20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illikmüqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” bundan əvvəl Emil Süleymanov, OrucMəmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, CezarHenrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario vəBilal İsmayılovu da heyətinə qatıb.