AZ

Mark Rutte NATO ölkələrinə çağırış edib

NATO-nun baş katibi Mark Rutte Niderlandın Ukrayna üçün ABŞ-dən 500 milyon avro dəyərində silah almaq qərarını alqışlayıb və digər alyans ölkələrini Amsterdamdan nümunə götürməyə çağırıb.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini NATO-nun mətbuat xidməti sitat gətirib.

“Mən bütün NATO müttəfiqlərinə məktub yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə çağırdım və yaxın gələcəkdə digər müttəfiqlərdən gələcək mühüm təklifləri səbirsizliklə gözləyirəm”, - Rutte bildirib.

Bundan əvvəl Niderlandın Ukraynaya “Patriot” da daxil olmaqla 500 milyon avro dəyərində Amerika silah sistemləri verəcəyi məlum olub.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr