AZ

Ərdoğan və Starmer ikitərəfli münasibətləri və qlobal məsələləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.

Danışıq zamanı tərəflər Türkiyə və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin inkişafını, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir ki, liderlər əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, təhlükəsizlik və diplomatik münasibətlər sahəsində gücləndirilməsinin vacibliyini vurğulayıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr